Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra ciddi kadr dəyişikliklərinin olacağı bildirilir.
Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun vəzifəsi ilə vidalaşacağı ehtimal edilir. Bəs bu mühüm vəzifədə onu kim əvəz edə bilər ?
NUH.az-a daxil olan məlumata görə, Milli Məclisin sabiq sədr müavini ( 2020-2024), hazırda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı ( 2024-cü ildən ) Adil Vəliyev Bakı ŞİH-nin başçısı təyin olunacaq.
Məlumdur ki, Adil Vəliyev indiki hakimiyyətin ən etibarlı və bacarıqlı kadrlarından biridir. Eyni zamanda Adil Vəliyev millətə və dövlətə bağlı ictimai-siyasi xadimdir.
NUH.az