RU

“Dünyanın sonu yaxınlaşır” - Qiyamətdən salamat çıxacaq o ölkəyə sığınmağa başladılar

Dünya əhalisinin sürətlə artması, epidemiya və yoluxucu xəstəliklər, iqlim dəyişikliyi və qlobal istiləşmə bəşər sivilizasiyasının süqutunu sürətləndirə biləcək bir çox faktorlar illərdir elm dünyasının gündəmindən düşmür. Elm adamları dünyanın sonu ilə bağlı çoxsaylı araşdırmalar aparırlar. Teleqraf.com xəbər verir ki, tədqiqatçılar son araşdırmalarında mümkün Qiyamət ssenarisində belə salamat qalacaq ölkələri sadalayıblar.

 

“Sustainability” jurnalı dünyanın sonunun yaxınlaşdığı iddia olunan bir araşdırma dərc edib. Nəticələr bir xeyli düşündürücüdür.

 

Tədqiqatçılar deyirlər ki, mürəkkəb şəbəkələşmiş enerjiyə əsaslanan qlobal iqtisadiyyatın ətraf mühitə vurduğu ziyan nəticəsində bəşər sivilizasiyası qeyri-müəyyən durumdadır. Mütəxəssislərə görə, ağır maliyyə böhranı, qlobal istiləşmənin təsiri, təbiətin məhv olması, COVID-19-dan daha pis pandemiya və ya bunların birləşməsi qlobal böhranla nəticələnə bilər.

 

Hansı ölkələrin belə bir çöküşə daha dözümlü olacağını qiymətləndirmək üçün ölkələr öz əhalisi üçün ərzaq hazırlığı, sərhədlərini arzuolunmaz kütləvi miqrasiyadan qorumaq, elektrik şəbəkələri və bəzi istehsal imkanlarına görə sıralanıb. Birinci yeri mülayim bölgələrdəki və əsasən aşağı əhali sıxlığı olan adalar tutub.

 

Bununla belə, tədqiqatda dayanıqlığı artırmaq üçün ölkələrin təkmilləşdirməli olduğu amillər də vurğulanır. Elm adamları iqtisadi səmərəliliyi qiymətləndirən qloballaşan cəmiyyətin dayanıqlılığı sarsıtdığını, qida və digər həyati vacib sektorlarda ehtiyat potensialın tapılmalı olduğunu söyləyirlər.

 

Araşdırmada milyarderlərin qiyamətə hazırlıq məqsədilə Yeni Zelandiyada sığınacaqlar üçün torpaq satın aldığı iddia olunur.

 

Britaniyanln Angliya Ruskin Universitetinin professoru Aled Cons deyir:

 

“Yeni Zelandiyanın siyahımızda olması bizi təəccübləndirmir. Belə qənaətə gəldik ki, sərhədlərin asanlıqla müdafiə oluna bildiyi, iqlimi mülayim olan bölgələr ən təhlükəsiz yerlərdir. Geriyə baxdıqda, böyük adaların siyahının başında olduqları aydın görünür”.

 

Consun sözlərinə görə, Britaniyanın mümkün fəlakətə qarşı güclü olması elm adamlarını təəccübləndirib: “Ölkədə əhali sıxlığı var və ənənəvi olaraq xarici istehsala bağlıdır. Hazırda öz qidasının yalnız 50 faizini istehsal edir. Amma onun zərbələrə tab gətirmək potensialı var”.

 

Tədqiqat müəllifləri onu da vurğulayırlar ki, dünyanın gələcəyi ətraf mühitin məhv olması, məhdud resurslar və əhalinin artımı səbəbindən böyük təhlükə altındadır.

 

“Digər tərəfdən, tədqiqatçılar dəhşətli sosial çöküşlərdən təsirlənməyən, buna görə də xilasedici gəmi kimi əhalini saxlaya biləcək yerləri müəyyən etdilər. Son illərdə ardıcılı olaraq qlobal ərzaq itkiləri, maliyyə böhranı və pandemiya baş verdi. Bəxtimiz gətirdi ki, bunlar eyni vaxtda olmadı. Bununla belə, bunların hamısının eyni ildə baş verməyəcəyinə səbəb yoxdur”, - Cons qeyd edir.

 

Elm adamlarının iddialarına görə, mümkün fəlakətdə salamat qalacaq ölkələrə Yeni Zelandiya, İslandiya, Britaniya, İrlandiya və Avstraliyanın Tasmaniya əyaləti daxildir. Yeni Zelandiya bu siyahıda birinci yeri tutur, çünki onun geotermal və hidroelektrik enerjisi, bol kənd təsərrüfatı torpaqları və aşağı əhali sıxlığı var.

Tarix: 28 Avqust 2024, 21:18   
Избранный
60
12
pravda.az

10Источники