RU

Rus mühəndis Kiyevə işləyirmiş..?

...İkinci Qərb Dairə Hərbi Məhkəməsi mühəndis Artem Lozovoyu dövlətə xəyanət, terror aktı hazırlamaq və partlayıcı maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 18 il müddətinə azadlıqdan məhrum edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazıb. Lozova ilk üç ilini həbsxanada, qalan 15 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək. Məhkəmə onu da 700 min rubl cərimələyib. İşə bağlı qapılar arxasında baxılıb.

Deməli, Krasnodar diyarından olan 39 yaşlı Artem Lozovoy 2023-cü ilin payızında Voronejdə saxlanılıb.

İddia edilirdi ki, o, Voronejdə hərbi komissarlığı partlatmaq üçün nəzərdə tutulmuş partlayıcı maddələrin anbardan hissələrini çıxararkən saxlanılıb.

Müstəntiqlərin fikrincə, Lozovoy Ukrayna Silahlı Qüvvələrinin tərəfində vuruşan və Rusiya hakimiyyəti tərəfindən terror təşkilatı kimi tanınan “Rusiyanın Azadlığı” legionuna qoşulmağı planlaşdırıb.

Hüquq-mühafizə orqanları iddia edib ki, o, Ukrayna kəşfiyyatçılarına Voronejdəki hərbi hissələrdən birinin yerləşdiyi yerin fotoşəkillərini göndərib.

Qeyd edək ki, TASS daha əvvəl Lozovoyun ona qarşı irəli sürülən bütün ittihamlar üzrə təqsirini etiraf etdiyini bildirmişdi.

Əli Babayev

Избранный
111
sia.az

1Источники