Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı avqustun 28-nə keçən gecə Rusiya Federasiyasının Rostov vilayətindəki “Atlas” neft bazasına hücumu təsdiqləyib.
Hücum nəticəsində obyektin şaquli çənlərində yanğın baş verib.
Editor.az bildirir ki, bu barədə Baş Qərargahın mətbuat xidməti avqustun 29-da Telegram-da məlumat yayıb. “Bu tapşırığı Silahlı Qüvvələrin Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi müdafiə qüvvələrinin digər komponentləri ilə birlikdə yerinə yetirib”, – məlumatda deyilir.
Baş Qərargahdan bildirilib ki, Ukrayna Kirov vilayətindəki “Zenit” neft anbarına və Rusiya Federasiyasının Voronej vilayətindəki Rusiya qoşunlarının “Zapad” qrupunun səhra artilleriya anbarına da hücum edib.
//Samir Qurbanov, Editor.az