RU

Afət Həsənova seçicilərlə görüşlərini davam etdirir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində 28 avqust 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası tərəfindən 32 saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Afət Həsənovanın YAP Suraxanı rayon təşkilatının inzibati binasında səhiyyə sahəsində fəaliyyət göstərən seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Suraxan rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, səhiyyə sahəsində fəaliyyət göstərən seçicilər Suraxanı rayonunun ən fəal sakinlərindəndirlər. Bu sahədə çalışan insanlar hər zaman öz vətənpərvərlikləri ilə seçilmişlər. Vüqar Seyidov vurğuladı ki, səhiyyə işçiləri öz peşə fəaliyyətləri ilə yanaşı partiya işində də çox yaxından iştirak edirlər.
Daha sonra çıxış edən namizəd Afət Həsənova səhiyyə sahəsində fəaliyyət göstərən seçiciləri salamlayaraq qeyd ki, səhiyyə sahəsi çox həssas və diqqət tələb edən sahədir. Dövlətin bu sahədə çalışan insanlara münasibəti bütün cəmiyyətimiz üçün nümunə olmalıdır. Sağlamlığımızın keşiyində dayananlar hər birimiz üçün əziz və doğmadırlar. Afət Həsənova görüş iştirakçılarını seçkilərdə fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırmışdır.
Çıxış edən YAP Suraxanı rayon təşkilatının təbliğat qrupunun üzvü Arzu Hacı-zadə və YAP Suraxanı rayon təşkilatının fəal üzvü Nuriyyə Dəmirova öz çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində görüşdə iştirak edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Избранный
97
1
xalq.az

2Источники