Britaniya mətbuatı “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın nəcib hərəkəti haqda məlumatı tirajlayıb.
Fanat.Az “The Times”-ə istinadən xəbər verir ki, 53 yaşlı çalışdırıcı klubun məşq meydançasında əsas komandaya xidmət edən bütün texniki heyətə hədiyyə paylayıb.
Mənbənin məlumatına görə, onların hər biri kataloniyalı məşqçidən 10 min funt-sterlinq alıb.
Bazada aşpazlar, fizioterapevtlər, mühafizə işçiləri və avadanlıq menecerləri də daxil olmaqla, 60-70 nəfərin çalışdığı bildirilir.
Qvardiola bununla komandadakı birliyi və texniki heyətlə oyunçular arasında ünsiyyəti təşviq etməyə çalışıb.
Mirağa