RU

Ukrayna dronları Kaluqaya çatdı – VİDEO

Ukraynanın pilotsuz təyyarələri Rusiyanın Kaluqa vilayətini vurub, kadrlar Rusiya teleqram kanallarında yayımlanıb.

KONKRET.az xəbər verir ki, dronların yerli aerodromu hədəf aldığı bildirilir.

Bu arada Rusiya Müdafiə Nazirliyi avqustun 29-dan 30-na keçən gecə Rusiya regionları və Krım üzərində Ukraynaya məxsus 18 pilotsuz təyyarənin məhv edildiyini açıqlayıb.

Nazirliyi mətbuat xidmətinin qısa açıqlamasında bildirilir ki, Bryansk vilayəti üzərində 11, Kaluqa vilayəti üzərində 4, Krım üzərində 2, Belqorod vilayəti üzərində 1 pilotsuz təyyarə vurulub.

Bu bölgələrin qubernatorları daha əvvəl Bryansk və Kaluqa vilayətləri üzərində 15 pilotsuz təyyarənin vurulduğunu bildirmişdilər.

Gecə saatlarında Ukrayna teleqram kanalları öz abunəçilərinə istinadən Krımın şimalındakı Cankoy və yarımadanın şərqindəki Kirovski ərazilərində partlayışlar barədə məlumat yayıb.

Kirovskinin yaxınlığında bir aerodromun olduğu deyilir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Избранный
74
konkret.az

1Источники