Rusiya lideri Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenkonu Rusiya Federasiyasının ali mükafatı - Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə təltif edib.
Bakıvaxtı.az bildirir ki, məlumatı İz.ru yayıb.
Putin bu mükafatı Rusiya və Belarus arasında müttəfiqlik münasibətlərinin və strateji tərəfdaşlığın inkişafında, iki qardaş ölkənin xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində müstəsna xidmətlərinə, eləcə də İttifaq dövlətinin yaradılması və effektiv fəaliyyətinə verdiyi şəxsi töhfəsinə görə təqdim edib.
Qeyd edək ki, Aleksandr Lukaşenkonun bu gün 70 yaşı tamam olur.