İsrail ordusu HƏMAS-ın səhra komandirini zərərsizləşdirdi
İsrail Müdafiə Qüvvələri (IDF) İordan çayının qərb sahilində keçirilən əməliyyat zamanı hərbçilərin Fələstinin Cenin şəhəri yaxınlığında HƏMAS hərəkatının səhra komandiri Vassem Hazemi öldürdüyünü açıqlayıb. Yeniavaz.com xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, İsrail hərbçiləri Hazemi ərazidəki yolların birində onu müşayiət edən maşında zərərsizləşdiriblər. Qısa müddətdən sonra Hazemlə avtomobildə olan daha iki HƏMAS yaraqlısı hava zərbəsi nəticəsində öldürülüb. Mətbuat xidməti qeyd edib ki, Hazem təşkilatı daxilində atəşlərə və hücumlara rəhbərlik edib. “IDF hərbçiləri arasında xəsarət alan olmayıb”, - mətbuat xidməti əlavə edib.