Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin avqustun 29-da Brüsseldə keçirilən qeyri-rəsmi iclasında Cənubi Qafqazdakı durum da müzakirə olunub.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Lyublyanada Sloveniyanın xarici və Avropa işləri naziri Tanja Fajon ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, toplantıda, həmçinin Ukrayna, Yaxın Şərq və digər regionlardakı mövcud durum barədə də fikir mübadiləsi aparılıb: “Bir çox məsələdə mövqelərimiz yaxındır”. (report)