RU

Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində önəmli addımlar atılır

Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində son dərəcə önəmli addımlar atılır.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyənin Zəfər bayramı münasibətilə Bakıda təşkil olunan tədbirdə söyləyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin milli bayramı münasibətilə təbriklərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Azərbaycanla Türkiyənin hər məsələdə bir-birinin haqlı mövqeyini dəstəklədiyini deyən nazir qeyd edib ki, ordu quruculuğu sahəsində bu gün ardıcıl birgə tədbirlər həyata keçirilir.

"Bu tədbirlərimizin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur. Azərbaycan və Türkiyənin həyata keçirdiyi birgə fəaliyyət regionumuzda sülh və sabitliyin qorunmasına xidmət etməkdədir. 44 günlük müharibə dövründə Azərbaycan xalqı Türkiyənin dəstəyini tam olaraq hiss edib".

Избранный
145
4
ikisahil.az

10Источники