Futbol üzrə millizin hazırlıq planı dəqiqləşib. Sport24.az xəbər verir ki, baş məşqçi Fernandu Santuş hazırlıq keçmək üçün Suraxanıda yerləşən "Azərsun Arena"nı seçib.
Millimiz sentyabrın 2-də və 3-də, saat 18:00-da "Azersun Arena"da məşq keçəcək. Sentyabrın 4-də, saat 19:00-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda oyunöncəsi son məşq olacaq.
Komanda İsveç yığması ilə oyundan bir gün sonra - sentyabrın 6-da, saat 16:00-da Slovakiyanın Koşitse şəhərinə yola düşəcək. Baş məşqçi Fernandu Santuş komandanı sentyabrın 7-də, Bakı vaxtı ilə saat 20:00-da Koşitse Futbol Arenasında Slovakiya seçməsi ilə oyunöncəsi son məşqə çıxaracaq. Sentyabrın 8-də baş tutacaq qarşılaşmadan sonra komanda Bakıya yola düşəcək.
Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda İsveç yığması ilə, sentyabrın 8-də isə Koşitse Futbol Arenasında Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта