İntensiv yağışlar səbəbindən Naxçıvan şəhəri, Əliabad qəsəbəsində və 20-ci məhəllə ərazisində bəzi fərdi yaşayış evlərinin zirzəmisi subasmaya məruz qalıb.Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunublar.