RU

Zədəli Messinin vəziyyəti necədir?

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino zədəli hücumçu Lionel Messinin səhhəti ilə bağlı məlumat paylaşıb.

KONKRET.az xəbər verir ki, onun sözlərindən Goal nəşri sitat gətirib

Martino bildirib ki, Messi bir neçə həftədir ki, həkim briqadası və fizioterapevtlərin nəzarəti altında topla məşq edir.

“O, həm də komanda ilə işləməyə tədricən inteqrasiya edir. Bu, altı həftədən çox davam edən zədədir, ona görə də biz Messinin sağaldığına tam əmin olmalıyıq”, – məşqçi əlavə edib.

Messi Argentinanın Kolumbiyaya 1:0 hesabı ilə qalib gəldiyi 2024-cü ildə Amerika kubokunun finalında zədələnmişdi. O vaxtdan forvard meydana daxil olmayıb.

Aysu İbrahimova,
KONKRET.az

Избранный
77
konkret.az

1Источники