Rusiya Aerokosmik Qüvvələrinin ( VKS) strateji aviasiya təyyarə parkı yenilənəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın Sənaye və Ticarət Nazirliyinin rəhbəri Anton Əlixanov UEC-Kuznetsov şirkətinə səfəri zamanı bildirib .
“Strateji aviasiya əhəmiyyətli dərəcədə yenilənməli olacaq, burada Samarada hazırlanmış yeni maşınlar və yeni mühərrik növləri yaradılır . Onlar silahlı qüvvələrimizə veriləcək təyyarələrdə döyüş növbətçiliyinə gedəcəklər”.
Rusiya Aerokosmik Qüvvələrinin uzun mənzilli aviasiyası Tu-160 və Tu-95MS strateji raketdaşıyıcıları , həmçinin Tu-22M3 uzun mənzilli bombardmançı təyyarələri ilə silahlanıb. Uzun mənzilli təyyarələr nüvə triadasının tərkib hissəsidir. Qeyri-nüvə silahı ilə də zərbələr endirə bilərlər.
Avqustun əvvəlində Amerikanın “The National Interest” nəşri Tu-160-ın NATO ilə münaqişə vəziyyətində Rusiya prezidenti Vladimir Putinin “çəkicinə” çevrilə biləcəyini yazmışdı . Bu təyyarələr yüksək dəyərli hədəfləri məhv etmək və ya nüvə başlıqlı raketləri atmaq üçün istifadə edilə bilər.