RU

Vəfa Nağı seçki məntəqəsində dava saldı: Sədr insult keçirdi

70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd Vəfa Nağı seçkiqabağı növbəti qalmaqala imza atıb.

Moderator.az-a daxil olan məlumata görə, qeyri-adekvat hərəkətləri ilə seçilən deputatlığa namizəd bu gün Bankə qəsəbəsi 17 saylı məntəqəyə gedib.

Seçkiqabağı məntəqə ilə tanışlıq üçün gəldiyini bildirən Vəfa Nağı məntəqə sədri Vaqif Cəlilova (Əhali arasında Əjdər müəllim olaraq da tanınır) qarşı ittihamlar səsləndirib. Təhqirə yol verən Vəfa Nağı V.Cəlilovun ünvanına ağır sözlər işlədərək söyüşlər söyüb.

Vəfa Nağı məntəqəni tərk etdikdən sonra isə Vaqif Cəlilovun halı pisləşib və o, insult keçirib. Əldə edilən məlumata görə, xəstəxanaya çatdırılan Vaqif Cəlilovun vəziyyəti ağırdır.

Qeyd edək ki, bundan əvvəl də analoji hallar yaşanıb. Vəfa Nağı seçki kampaniyası çərçivəsində məntəqə sədrlərini təzyiq altında saxlama yolunu tutub.

Избранный
62
5
moderator.az

6Источники