RU

MDB PA müşahidəçiləri: Seçicilərin azad şəkildə öz fikirlərini ifadə etməsi üçün hər cür şərait yaradılıb

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının nümayəndə heyəti 17 Saylı Yasamal III Seçki Dairəsinin 1 saylı Seçki Məntəqəsinə baş çəkib.

APA xəbər verir ki, Məntəqə Seçki Komissiyasının sədri beynəlxalq müşahidəçilərə məntəqənin səsverməyə hazır olduğu barədə məlumat verib.

O bildirib ki, səsvermə prosesi bilavasitə Seçki Məcəlləsinə uyğun olaraq təşkil edilib.

Rusiya Federasiya Şurasının sədrinin birinci müavini Andrey Yatskin məntəqənin işinə uğurlar arzulayıb.

O, həm seçkiöncəsi hazırlıq prosesi, həm də məntəqə ilə bağlı təəssüratlarını bölüşüb:

"Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bilirsiniz ki, biz Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasını təmsil edirik. Müşahidə prosesində biz həm dövlətin, həm də ayrı-ayrı siyasi partiyaların seçki prosesinə hazırlığını müşahidə etdik. Eyni zamanda hazırda olduğumuz məntəqədə seçicilərin azad şəkildə öz fikirlərini ifadə etməsi üçün hər cür şərait yaradılıb. Biz bunu çox yüksək qiymətləndiririk. Bizim əsas məqsədimiz Azərbaycanda Milli Məclisə keçirilən seçkiləri tam olaraq müşahidə edib, yekun hesabat hazırlayaraq, Müstəqil Dövlətlər Birliyinin səlahiyyətli orqanlarına təqdim etməkdən ibarətdir".

Daha sonra Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə məntəqədə səsvermə prosesinə start verilib.

Избранный
132
7
apa.az

10Источники