RU

Parlament seçkiləri ilə bağlı məntəqələrdə seçici fəallığı müşahidə edilir

30 ildən sonra Azərbaycanın bütün ərazisində növbədənkənar parlament seçkiləri keçirilir.

“İki sahil” xəbər verir ki, işğaldan azad edilən ərazilər də daxil olmaqla, seçki məntəqələrində seçici fəallığı müşahidə edilir.

Qeyd edək ki, parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Ölkə üzrə səsvermə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.

Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.

Избранный
181
50
ikisahil.az

10Источники