Laçın seçki dairəsinin məntəqə sədri: "Seçki prosesi şəffaf şəkildə davam edir"
Səhər saatlarından başlayaraq 121 saylı Laçın seçki dairəsinin Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində yerləşən 87 saylı seçki məntəqəsində seçicilərin fəallığı müşahidə olunur.
Bu barədə Sonxeber.az-a açıqlamasında məntəqə sədri Məhbubə Nəsibova məlumat verib.
"Secicilər aktiv şəkildə məntəqəmizə yaxınlaşaraq öz seçdikləri namizədə səs verirlər" - deyə o bildirib.
Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.
Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
Fəxriyyə Adil