RU

İtaliyada məhbuslar üsyan qaldırdı, yaralılar var

İtaliyanın Milan şəhərindəki yetkinlik yaşına çatmayanların olduğu cəzaçəkmə müəssisəsində məhbuslar üsyan qaldırıblar.

E-huquq.az AZƏRTAC-a istinadən xəbər verir ki, kameralarda döşəkləri yandıran məhbuslar daha sonra qapıları sındırıblar. Əraziyə yanğınsöndürmə briqadası və təhlükəsizlik qüvvələri cəlb olunub. İğtişaşlar nəticəsində 8 məhbus və bir həbsxana işçisi yaralanıb.

Həbsxanadakı 58 məhbusdan üçü divara dırmaşaraq qaçmağı bacarıb. Onlardan birinin təhlükəsizlik qüvvələri tərəfindən dərhal yaxalandığı bildirilib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Избранный
39
12
e-huquq.az

10Источники