Azərbaycan millisinin üzvü Renat Dadaşovun da formasını geyindiyi "Ankaragücü" Türkiyə 1-ci liqasında 4-cü tur oyununa çıxıb.
QOL.az xəbər verir ki, komanda evdə "İstanbulspor"la qarşılaşıb. Görüş "Ankaragücü"nün 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Renat da bu oyunda iştirak edib. O, start heyətdə meydana daxil olub və sonadək oynayıb. 25 yaşlı hücumçu matçda fərqlənməyi də bacarıb. Renat 39-cu dəqiqədə komandasının ilk qoluna imza atıb. Bu, Dadaşovun Türkiyə 1-ci liqasında 2-ci qoludur.
Qeyd edək ki, hazırda "Ankaragücü" turnir cədvəlində 6 xalla 8-cidir. "İstanbulspor" isə 9 xalla 2-ci yerdədir.
"Ankaragücü" - "İstanbulspor" - 2:1
Qollar: Renat Dadaşov, 39, Efkan Bekiroğlu, 89 - Muammer Sarıkaya, 67-pen.