RU

Milli Məclisə seçkilər: səsvermə başa çatıb -SAAT 19:00-a OLAN SEÇİCİ FƏALLIĞI

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə ümumi seçici fəallığı ilə bağlı məlumat açıqlanıb.

 

Senzor.az bildirir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib.

 

MSK sədri Məzahir Pənahov qeyd edib ki, ötən gün 19:00-da yekunlaşan səsvermədə həmin saata qədər 37,27 faiz (2 milyon 196 min 771 nəfər) səsvermə hüququndan istifadə edib. 5895 seçki məntəqəsi protokolları MSK-ya təqdim edib.

 

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda ərazisində formalaşdırılmış 125 seçki dairəsinin ərazisində Milli Məclisə növbədənkənar seçkilər keçirilib.

 

Parlament seçkiləri üçün həmin gün səhər saat 8:00-da açılan seçki məntəqələri 19:00-da bağlanıb. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.

 

Xatırladaq ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Respublika üzrə ümumilikdə 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərib. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.

 

**19:01(02.09.2024)


Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar səsvermə başa çatıb.

 

Senzor.az bildirir ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilib.

 

Seçki məntəqələri saat 8:00-da açılıb və 19:00-da bağlanıb.

 

Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

 

Məlumat üçün bildirək ki, Mərkəzi Seçki Komissiyasının saat 17:00 üçün açıqladığı məlumata görə, seçicilərin 33,82 faizi (2 milyon 172 min 87 nəfər) səsvermə hüququndan istifadə edib.

 

**17:51


Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 17:00-a olan seçici fəallığı ilə bağlı məlumat açıqlanıb.

 

Senzor.az bildirir ki, bu barədə MSK Katibliyi İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.

 

O vurğulayıb ki, indiyədək seçicilərin 33,82 faizi (2 milyon 172 min 87 nəfər) səsvermə hüququndan istifadə edib. Hesabat vermiş məntəqələrin sayı 6478-dir.


**15:40


Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 15:00-a olan seçici fəallığı ilə bağlı məlumatlar açıqlanıb.

 

Senzor.az bildirir ki, bu barədə MSK Katibliyi İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib. 

Onun sözlərinə görə, indiyə qədər seçicilərin 29,49 faizi (1 milyon 893 min 555 nəfər) səsvermə hüququndan istifadə edib. O vurğulayıb ki, hesabat vermiş məntəqələrin sayı 6 478-dir.

 

Qeyd edək ki, bu gün Azərbaycanda ərazisində formalaşdırılmış 125 seçki dairəsinin ərazisində Milli Məclisə növbədənkənar seçkilər keçirilir.


**12:26


Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 12:00-a olan seçici fəallığı haqda məlumat açıqlanıb.

 

Senzor.az bildirir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

 

İndiyədək seçicilərin 20,39 faizi (1 milyon 309 min 522 ) səsvermə hüququndan istifadə edib.

 

O vurğulayıb ki, hesabat vermiş məntəqələrin sayı 6 478-dir.


**10:38

 

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 10:00-a olan seçici fəallığı barədə məlumat açıqlanıb.

 

Senzor.az bildirir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

 

İndiyədək seçicilərin 9,92 faizi (636 842 nəfər) səsvermə hüququndan istifadə edib. O qeyd edib ki, hesabat vermiş məntəqələrin sayı 6478-dir.

 

Qeyd edək ki, bu gün Azərbaycanda  formalaşdırılmış 125 seçki dairəsinin ərazisində Milli Məclisə növbədənkənar seçkilər keçirilir.

 

Parlament seçkiləri üçün seçki məntəqələri sentyabrın 1-i səhər saat 8:00-da açılıb. Səsvermə isə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.

 

Xatırladaq ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Respublika üzrə ümumilikdə 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.


**08:02


Sentyabrın 1-də səhər saat 8:00-da ölkəmizin bütün suveren ərazisində VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər başlayıb.

 

Senzor.az bildirir ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6 478 məntəqədə keçirilir. 

 

Bu məntəqələrdən 54-ü işğaldan azad olunmuş ərazilərdə yerləşir və orada səsvermə hüququna malik 42 mindən artıq seçici var. 

 

Məntəqələrdə 6 milyon 421 min 960 seçicinin səs verməsi üçün hər cür şərait yaradılıb. Məntəqələrə 6 milyon 516 min 567 seçki bülleteni paylanılıb.

 

Parlament seçkilərində 990 deputatlığa namizəd mübarizə aparır. Onlardan 305 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 684 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 1 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

 

Milli Məclisə seçkilərlə əlaqədar 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Bu müşahidəçilər 51 beynəlxalq qurumu və 69 ölkəni təmsil edirlər. Qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı isə 112 min 749 nəfərdir.

 

Səsvermənin şəffaflığını təmin etmək üçün bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar MSK-nın rəsmi internet səhifələrinə (www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) qoşulub.

 

Səsvermə günü saat 10:00-da, 12:00-da, 15:00-da, 17:00-da və 19:00-da “Seçkilər” İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair məlumatlar yayımlanacaq.

 

Səsvermə saat 19:00-da başa çatacaq.

Избранный
130
12
senzor.az

10Источники