RU

Putin bu ölkələri Ukraynanın üzərinə qaldırdı: Stalin sizin torpaqları onlara verib

Rusiya prezidenti Vladimir Putin Monqolustana səfəri öncəsi “Onoodor” qəzetinə müsahibə verib.

Publika.az xəbər verir ki, Putin Ukrayna müharibəsinin mənşəyi kimi ukraynalı neonasistləri və SSRİ rəhbərlərinin qərarlarını müzakirə edib.

O bəyan edib ki, Kiyev faciəsinin əsas səbəbi Amerika Birləşmiş Ştatlarının başçılıq etdiyi kollektiv Qərbin anti-Rusiya siyasətidir. Rusiya lideri qeyd edib ki, Vaşinqton onilliklərdir ki, Ukraynaya tam nəzarət etməyə çalışır: “Onlar anti-Rusiya təşkilatlarını maliyyələşdirir, həmçinin Rusiya Federasiyasının Ukraynanın əbədi düşməni və onun mövcudluğuna əsas təhlükə olması fikrini təbliğ edirdilər.

Bu gün biz Qərbin Ukraynaya qarşı destruktiv strategiyasının məntiqi nəticəsinin şahidiyik. Üstəlik, Qərb elitaları mövcud rejimə genişmiqyaslı siyasi, maliyyə və hərbi dəstək verməkdə davam edir, ona Rusiyaya qarşı mübarizədə silah kimi baxırlar”, - Putin bildirib.

Rusiya prezidenti amerikalıların neonasist qrupların köməyi ilə 2014-cü ildə Ukraynada çevriliş təşkil etdiklərinə və bundan sonra Kiyevin bütün siyasətini müəyyən etməyə başladığına diqqət çəkib. O, həmçinin vurğulayıb ki, çevrilişdən sonra ruslara məxsus hər şeyə nifrət Ukraynanın rəsmi ideologiyasına çevrilib və nəticədə Donbasda dinc əhalinin sonrakı soyqırımına gətirib çıxarıb.

Избранный
170
1
publika.az

10Источники