Hüquqşünas Yaşar Ağazadənin cinayət işi üzrə məhkəmə başlayıb.
Mia.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kənan Muxtarovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə sentyabrın 16-da davam etdiriləcək.
Qeyd edək ki, Yaşar Ağazadə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qurxu ilə tələb etmə - təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Y.Ağazadə əvvəllər “Müxalifət” qəzetinin əməkdaşı olub. O, 2007-ci ildə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bir müddət sonra isə əfv olunaraq azadlığa buraxılıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта