Müşahidələrimiz onu göstərir ki, Azərbaycan Seçki Məcəlləsi seçkilərin yüksək səviyyədə və qanun çərçivəsində, beynəlxalq standartlara uyğun keçirilməsinə imkan verib. Bütün namizədlərə bərabər şərait yaradılıb. Azərbaycandakı parlament seçkiləri ölkənin bütün suveren ərazilərində keçirilməsi ilə əlamətdardır.“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bu fikirləri MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında səsləndirib.Bildirib ki, missiya 6 ölkənin nümayəndələri və MDB təşkilatının ekspertlərindən təşkil olunub.“Missiyamız 145 seçki məntəqəsində seçkiləri müşahidə edib. Seçki məntəqələri tam vaxtında açılıb. Bir neçə seçki məntəqəsində “exit-poll”un keçirildiyini müşahidə etmişik. Azərbaycanın seçki qanunvericiliyi ölkədə tam demokratik seçkilərin keçirilməsinə imkan verib”, - deyə missiya rəhbəri vurğulayıb.Qeyd edək ki, sentyabrın 1-də ölkəmizin bütün suveren ərazisində VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilib. Parlament seçkilərində 990 namizəd mübarizə aparıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта