RU

Vilayət Eyvazov Yevlaxda bu rayonların sakinlərini qəbul edəcək

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2024-cü il sentyabr ayının 19-da Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında Yevlax, Kürdəmir, Ağdaş, Ucar və Mingəçevir şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 18.09.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Избранный
62
26
redaktor.az

10Источники