Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında yazıb.
Məlumata görə, terrorçulardan biri qırmızı, digəri boz kateqoriyada axtarışda olub.
“Paramotorlardan istifadə edərək aksiyaya hazırlaşan və zərərsizləşdirilən 4 terrorçunun şəxsiyyəti müəyyən edilib. Terrorçuların 13 mühafizəçinin şəhid olduğu, 39 mühafizəçi və 6 mülki vətəndaşın yaralandığı, ümumilikdə 22 aksiyada iştirak etdiyi müəyyən edilib”, - açıqlamada qeyd olunub.
Mehriban Mirzəzadə
Demokrat.az