Qazaxıstanda terrorla bağlı 5 ölkə vətəndaşı və bir əcnəbi saxlanılıb.
News24.az bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin hesabatına istinadən xəbər verir.
Bildirilib ki, saxlanılan şəxslər dağıdıcı dini cərəyanın tərəfdarlarıdır. Onlar sosial şəbəkələr də daxil olmaqla, nifrət və zorakılıq ideologiyasını yaymaqda şübhəli bilinirlər.
Maddi sübutlar, o cümlədən 3 hərbi qumbara aşkar edilərək götürülüb. Şübhəlilərdən ikisi əvvəllər quldurluq və oğurluqda təqsirli bilinib