RU

Maşını satışa qoyması başına bəla oldu - VİDEO

Avtomobilini elan saytında satışa qoyan şəxsin 17 min manatdan çox pulu mənimsənilib. O, naməlum şəxslər tərəfindən kiberdələduzluğa məruz qalıb.

News365.az xəbər verir ki, hadisə Cəbrayıl rayon sakini Malik Əsədovun başına gəlib.

Məlumata görə, kiberdələduzlar bununla da kifayətlənməyiblər. Zərərçəkmiş iddia edir ki, onlar həmin kart vasitəsilə banka onlayn müraciət edib, adına kredit rəsmiləşdirib, bu dəfə külli miqdarda pulu mənimsəyiblər.

Malik Əsədovun səsləndirdiyi iddia, yəni onun xəbəri olmadan adına kreditin açılması ilə bağlı bankdan bildiriblər ki, kart məlumatları əsasında onlayn formada banka müraciət edilib və bu formada kreditin götürülməsi mümkün olduğu deyilib.

Onun sözlərinə görə, dərhal '”102” xidmətinə məlumat verib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, zərərçəkənin kibercinayətkarlığa məruz qalması ilə bağlı Füzuli rayon polis şöbəsinə etdiyi müraciət əsasında cinayət işi başlanıb. 

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

Избранный
48
5
news365.az

8Источники