Qazaxıstan və Özbəkistan birgə kosmik peyklər buraxmağı planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə Özbəkistanın Rəqəmsal Texnologiyalar Nazirliyinin mətbuat xidməti bəyan edib.
Nazirlik vurğulayıb ki, Asiya-Sakit Okean Rəqəmsal İnklüzivlik və Transformasiya Konfransı çərçivəsində keçirilən görüşdən sonra 2024-cü ilin sonunadək hazır olacaq süni kosmik peyklərin buraxılması ilə bağlı təkliflərin hazırlanması qərara alınıb.
Bildirilib ki, ilk sınaq buraxılışının 2025-ci ilin sonunda, ikincinin 2026-cı ilin oktyabrında, üçüncünün isə 2027-ci ilin oktyabrında keçirilməsi planlaşdırılır.
Sevinc İBRAHİMZADƏ