İnsan kapitalına daim yüksək qiymət verən “AccessBank” bank sektorunda peşəkar kadrların fəaliyyətini təşviq etmək məqsədilə təşkil etdiyi “IT Yay Məktəbi” və “Yay Təcrübə Proqramı”nın uğurla başa çatdığını elan edir.
Böyük maraqla qarşılanan “IT Yay Məktəbi” və “Yay Təcrübə Proqramı”nda ümumilikdə 24 nəfər istedadlı gənc iştirak edib. Onlar real layihələr üzərində peşəkar komanda ilə birgə işləmək, təlim sessiyalarında, həmçinin korporativ tədbirlərdə iştirak etmək, komanda işi və liderlik bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər. Bütün təcrübəçilər sertifikatlarla təltif ediliblər.
Zəngin təcrübə toplayan gənclərin bir çoxu isə artıq “AccessBank”da işlə təmini olunub və komandaya qoşulublar.
“AccessBank” tələbə və məzunların bank sektorunda işlə təmin olmasına dəstək məqsədilə belə təcrübə proqramlarını davam etdirəcək.
“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir.
Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (feysbuk, instaqram, linkedin) müraciət edə bilərsiniz.
“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2002-ci il 25 oktyabr tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.