Qubada keçirilən "Ulduz Cup" beynəlxalq turnirində "Qarabağ"ın 12 yaşadək komandası qrupda qalıb.
Prosport.Az-ın xəbərinə görə, ilk görüşdə Qusarın "Metak" komandası ilə 1:1 oynamış "Qarabağ" II turda Gürcüstanın "Saburtalo" komandasına 1:2 uduzub.
Bu gün isə "Qarabağ" Belarusun "Dinamo" (Minsk) komandasına böyük hesabla məğlub olub – 0:12.
Bununla da "Qarabağ" 1 xalla qrupda sonuncu yeri tutub. Komanda ümumi yarışda sıralamanı müəyyən etmək üçün daha 2 oyun keçirəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта