7NEWS.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi Venesuela prezidenti Nikolas Maduroya məxsus təyyarənin Dominikan Respublikasında ələ keçirilərək Florida ştatına aparıldığını açıqlayıb. Nazirlik təyyarənin ABŞ-da qanunsuz olaraq 13 milyon dollara alındığını və ölkədən çıxarıldığını vurğulayıb. ABŞ rəsmiləri təyyarənin sanksiyalar qanunlarının və ixrac nəzarətinin pozulması səbəbindən ələ keçirildiyini açıqlayıb.
7NEWS.az