RU

“Bakı Metropoliteni” illik milyardlarla manatı hara xərcləyir? – RƏSMİ AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəsmi saytında son 3 ilin gəlirləri və mənfəəti ilə bağlı məlumatların dərc edilməməsi müzakirələrə səbəb olub.

Avtosfer.az xəbər verir ki, şəbəkə istifadəçiləri metropolitenin gördüyü işlərlə bağlı hesabatları təqdim etməməsi bəzi suallar ortaya çıxarıb. Belə ki, yazılan rəylərdə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin son təqdim etdiyi hesabatın 2020-ci ilə aid olması bəzi müəmmalar yaradır. Bu ilin iyul ayından etibarən ictimai nəqliyyatda gedişhaqqının 50 qəpiyə qaldırılmasına narazılıq bildirən vətəndaşlar son 4 ildə gedişhaqqının 3 dəfə artırılmasının əsaslı səbəblərini tələb ediblər. Təqdim edilən sonuncu hesabatda metropolitenin cəmi kapital və öhdəliklərinin 2 milyard 500 milyondan bir qədər artıq vəsait olduğu qeyd edilib. Vətəndaşlara həmçinin “Bakı Metropoliteni” Qapalı səhmdar cəmiyyətinin növbəti 5 ildə neçə stansiyanın açılacağı da maraqlıdır.

Mövzu ilə əlaqədar metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bildirib ki, hesabatların saytda məlum dövrlər üçün dərc edilməməsinin əsas səbəbi müstəqil auditin rəyi ilə bağlıdır.

“2020 və 2021-ci illərin hesabatları müstəqil audit şirkətinə təqdim edilib, onların sorğuları cavablandırılıb və araşdırmalarına tam şərait yaradılıb. Müvafiq normativlərə uyğun olaraq “Bakı Metropoliteni” müstəqil auditin rəyi olmadanhəmin hesabatları dərc edə bilməz. “Bakı Metropoliteni” QSC hesabatlı qurum olduğu üçün vaxtaşırı öz hesabatlarını aidiyyəti üzrə təqdim edir. illik mənfəətin hansı istiqamətlərdə xərclənməsinə gəlincə, təqdim edilən hesabatlarda bütün xərclərin istiqamətləri öz əksini tapıb, lakin müstəqil auditin rəyi olduqdan sonra həmin istiqamətlərin hər biri üzrə hesabatlar ictimaiyyətə təqdim olunacaq və yaranan sualların hər biri cavablandırılacaq.

Yenidənqurma işləri, təbii ki, zəruri normativ və ehtiyaclara uyğun olaraq aparılır. Növbəti 5 il ərzində neçə stansiyanın tikilməsi ilə bağlı, “Bakı Metropoliteni” QSC bütün zəruri addımlarını Bakı şəhərinin Baş planına uyğun olaraq atır”.

Mətbuat katibi sonda onu da vurğulayıb ki, sonuncu baş plan 2023-cü ilin dekabr ayında təsdiqlənməsi səbəbilə metropoliten bütün zəruri addımları atmaq üçün bu layihəyə uyğun araşdırmaların nəticəsində işlər görəcək.

Səfər

Избранный
100
avtosfer.az

1Источники