RU

“Mcdonalds Azərbaycanın” məhkəməsi başlayır





“Mcdonalds Azərbaycan” iqtisadi fəaliyyət qaldalarını pozduğuna görə cərimələnə bilər.Tribunainfo.az xəbər verir ki, Azərbaycanda fəaliyyət güstərən “Mcdonalds” şəbəkəsi ölkədən qanunsuz olaraq pul çıxarmaqda günahlandırılır. Belə ki, sözügedən şəbəkə İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulmuş maddəyə görə, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.


Hüquqşünas Əkrəm Həsənov saytımıza açıqlamasında bildirib ki, bu maddənin tələbinin pozulması xətanı işləmiş şirkətin ölkədən pul çıxarması anlamına gəlir. Çünki heç bir səbəb göstərilmədən ölkədən pul çıxarmaq qadağandır:


“Yəni sahibkar, iş adamı, şirkət və ya qurum müəyyən malı almaq üçün xaricə pul köçürür və o pul köçürdükdən sonrakı iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər mal ölkəyə gətirilmirsə, pulu ölkədən çıxaran şirkət cərimələnir. Yəni bu halda hesab olunur ki, həmin şirkət ölkədən pul, valyuta çıxarıb”.


“Mcdonalds”la bağlı başladılmış işə Səbail Rayon Məhkəməsində baxılır. Növbəti proses sabahdır. Iş hakim Şəhla Süleymanovanın icraatındadır.


Qarşı tərəfi dinəməyə hazırıq.

Tarix: 4 Sentyabr 2024, 13:44   
Избранный
95
2
pravda.az

3Источники