RU

Antiterror əməliyyatlarının bir ili yaxınlaşır: Azərbaycanın keçirdiyi antiterror əməliyyatları regionun rəngini dəyişdirdi

Azərbaycanın erməni separatizminə qarşı həyata keçirdiyi antiterror əməliyyatlarının bir ili yaxınlaşır.

- Azərbaycanın keçirdiyi antiterror əməliyyatları regionun rəngini dəyişdirdi və təhlükəsizlik naminə əməkdaşlıqda yeni səhifələr açdı,

- Azərbaycanın suverenliyini bərpa etməsi dünyada şok effekti yaratdı, çünki hələ hansısa bir ölkə SSRİ-dən miras qalmış münaqişəni həll etməyə nail olmayıb:

- Yalnız Azərbaycan güclü siyasətlə və hərbi qüdrəti ilə buna nail oldu və bu, sözün əsl mənasında beynəlxalq təəccübə səbəb oldu,

- Azərbaycanın separatizmi məhv etməsindən əldə etdiyi qazanclara uyğunlaşdırma strategiyası regionda maraqları olan dövlətlərin siyasətinə sirayət etdi,

- Rusiya, ABŞ və İran Azərbaycanın separatizm izlərini silməsi ilə yaranan çoxtərəfli əməkdaşlıq nizamına öz maraqlarını yerləşdirməyə çalışdı,

- Azərbaycan bu yerləşmənin rəqabətli olmasından ehtiyat etsə də, prosesi özünün strateji istiqamətlərinə doğru çəkməyi bacarır,

- Çünki Azərbaycana kənar müdaxilə üçün barmaq yerləri qalmır, separatçılığın məhvindən sonra Rusiya sülhməramlı kontingentinin regionu tərk etməsi də Bakıya qarşı bəhanələrə yer qoymadı.

Bütün bunlar Azərbaycanın özünə qarşı çevrilmiş ümumi təhdidlərin xarakteristikasını inkişafdan saxladı.

Beləliklə, separatizmin sonlanmasından sonra Azərbaycan həm öz qüdrətini, həm də regional müdafiəni inkişaf etdirmək üçün əlavə imkanlar qazanıb.

Aqşin Kərimov

visiontv.az



Избранный
109
4
visiontv.az

5Источники