RU

Bu ölkənin xarici ticarət kəsiri ən yüksək həddəçatdı

ABŞ-nin xarici ticarət kəsiri son iki ilin ən yüksək həddə çatıb.

Redaktor.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin iyul ayı xarici ticarət məlumatlarını paylaşıb.

Məlumata görə, ölkənin xarici ticarət kəsiri iyul ayında əvvəlki aya görə yüzdə 7,9 artaraq 78,8 milyard dollara çatıb.

İyul ayında ABŞ-nin bazar gözləntilərinə uyğun gələn xarici ticarət kəsiri 2022-ci ilin iyun ayından bu yana ən yüksək səviyyəyə çatıb.

İyun ayında ABŞ-nin xarici ticarət kəsiri 73 milyard dollar olaraq hesablanmışdı.

Ölkənin ixracatı iyulda 0,5 faiz artaraq 266,6 milyard dollara çatıb. Onun idxalı da 2,1 faiz artaraq 345,4 milyard dollara çatıb ki, bu da 2022-ci ilin martından bəri ən yüksək səviyyədir.

Sevinc İBRAHİMZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
57
redaktor.az

1Источники