RU

Meksika səfiri ölkəsinin Müstəqillik Gününü Şuşada qeyd edib

Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero ölkəsinin Müstəqillik Gününü Şuşa şəhərində qeyd edib.

“Report” xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin sosial şəbəkə hesabında bildirilib.

“Meksika Birləşmiş Ştatlarının 214 illik yubileyinin tarixi Şuşa şəhərində qeyd edilməsindən, xanım səfir Mariya Viktoriya Romero Kabalyeronu mədəniyyət paytaxtında salamlamaqdan məmnunluq və sevinc hissi duyduq. Meksika xalqını bu tarixi gün münasibəti ilə təbrik edir, daima inkişaf və yüksəliş arzu edirik!”, – paylaşımda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
42
1
report.az

2Источники