RU

ABŞ Yaxın Şərqdəki mövcudluğunu artırmağa hazır olduğunu açıqlayıb

ABŞ lazım gələcəyi təqdirdə Yaxın Şərqdə hərbi mövcudluğunu azaltmağa və ya artırmağa hazır olduğunu açıqlayıb.

APA xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi Qəzza zolağında atəşkəs danışıqları ilə bağlı jurnalistlər üçün keçirilən xüsusi onlayn brifinqdə bildirib.

“Atəşkəs və girovların azad edilməsi istiqamətində işləyərkən, çəkindirmə məqsədilə hərbi mövcudluğu qoruyuruq. Bu mövcudluq regiondakı hadisələrə və digər şərtlərə görə zamanla azalacaq və ya artacaq”, - deyə o bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdə vəziyyət gərginləşəndən bəri ABŞ münaqişənin genişlənməsinin qarşısını almağa çalışır.

Избранный
107
2
apa.az

3Источники