Kazanda keçiriləcək BRİKS sammitində Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin arasında danışıqlar aparılacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Bu açıqlamanı Çinin Rusiya Federasiyasındakı səfiri Zhang Hanhui verib. O, görüşün planlaşdırıldığını təsdiqləsə də, əsas müzakirə mövzusunun nə olacağı sualına cavab verə bilməyib.
BRİKS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək.