RU

Hər zaman Şuşaya gedəcəyim günü gözləmişəm - Şuşa sakini

Şuşadan çıxdığım gündən Şuşaya gedəcəyim günü hər zaman gözləmişəm.

Trend-in məlumatına görə, bunu Şuşa sakini Sevinc Abbasova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən 30 ildə çoxlu itkiləri olub, yaxınlarını itirib.

"Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Məhz onların sayəsində biz indi doğma yurdumuza yaşamağa gedirik.

Şuşaya getdiyimdə ilk öncə şəhidlərimizi, yaxınlarımızın məzarlarını ziyarət etmək istəyirəm", - deyə o bildirib.

Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 177 ailənin, yəni 672 nəfərin daimi məskunlaşması təmin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
45
1
day.az

2Источники