RU

Ürəyimiz ağrıyanda nə etməliyik? - "İlk yarım saat çox kritikdir..."

"Ürəkdə həqiqi mənada ağrıların baş verməsi çox ciddi problemdir". 

Bu sözləri tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, döş sümüyünün arxasında başlayan ağrı sol qola keçməsi sırf ürək ağrısı ilə bağlı olur:

"Belə hallarda isə xəstələr üçün təhlükəli bir vəziyyət yaranır. Bu baş verdikdə, ilk növbədə xəstənin hərəkətini məhdudlaşdırmaq lazımdır. Yəni xəstə haradasa əyləşməlidir. Divara və ya çarpayının baş tərəfinə söykənməsi daha yaxşı olar".

357474

Həkim vurğulayıb ki, bunu etmək ürəkdəki ağrıları getdikcə azaldacaq:

"Həmçinin, ürək ağrayan zaman 1 ədəd "aspirin" dərmanı qəbul etmək olar. Bu da öz növbəsində qanı durulaşdırmağa kömək edəcək". 

Lakin mütəxəssis qeyd edib ki, ürək ağrayan zaman uzanmaq olmaz:

"Belə vəziyyətdə uzanmaq doğru deyil. Ancaq söykənmək və ayaqları aşağı uzatmaq lazımdır. Bu, ürəyə gedən qan yükünün azalmasına səbəb olacaq. Beləliklə, ürəyin iş qabiliyyəti az gələn qanın hesabına oksigenə tələbatı da azaldacaq. Nəticədə, yavaş-yavaş ürəkdəki ağrılar səngiməyə başlayacaq". 

Rasif Bağırov ilkin tədbirlərdən sonrakı yarım saatın əhəmiyyətindən də bəhs edib:

"Əgər görülən tədbirlər yarım saat ərzində yaxşılığa doğru aparmasa, vəziyyəti getdikcə ağırlaşa və hətta infarkta səbəb ola bilər. Amma yavaş-yavaş ürəyin ağrısı keçərsə, infarkt riski geridə qalacaq".

Pərviz

Избранный
125
2
hit.az

3Источники