Ermənistanın hakim "Mülki Müqavilə" fraksiyasında Bakıya getmək uğrunda mübarizə gedir.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan açıqlayıb.
O, Ermənistan hakimiyyətinin COP29-dan əvvəl Bakıya getməklə bağlı müzakirələrinə toxunaraq qeyd edib ki, həmin tədbir hər il bir ölkədə təşkil olunur: "2018-ci ildə COP-24 Polşanın Katovitse şəhərində keçirildi. Konfrans dekabrda idi, mən artıq noyabrda geri çağırılmışam, amma təşkilati işlər mənim səlahiyyətim dövründə aparılıb. Ermənistandan ətraf mühit nazirinin müavininin həmin konfransda iştirak etməsi qərara alınmışdı.
İndi Bakı olduğu üçün kimin gedəcəyi uğrunda mübarizədir. Paşinyan özü getmək istəyir, Ararat Mirzoyan getmək istəyir, Ovik Ağazaryan deyir ki, mən də istəyirəm. Fraksiyada dava gedir. Onlar hansı səviyyədə iştirak etmək üçün mübarizə aparırlar".
Ağarza Elçinoğlu