RU

Şəkidə 2 nəfəri öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Şəkidə 2 nəfəri öldürməkdə təqsirləndirilən Namik Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Tural Əfəndizadənin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1965-ci il təvəllüdlü Namik Məmmədov Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunu ov silahı ilə qətlə yetirməkdə təqsirli bilinir. O, hadisədən sonra özünə xəsarət yetirib. N.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.10-cu maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Избранный
115
e-huquq.az

1Источники