Şimali Koreya ardıcıl ikinci gündür ki, Cənubi Koreyaya doğru zibil dolu şarlar buraxır.
Azpost.info xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Baş Qərargahına istinadən məlumat yayıb.
Bu dəfə söhbət 420 şardan gedir, onların ilk partiyası sentyabrın 4-ü axşam saatlarında buraxılıb.
Şarların içərisində əsasən sağlamlıq üçün təhlükə yaratmayan kağız və plastik tullantılar olub.
May ayının sonundan bəri Şimali Koreya Cənubi Koreyaya zibillə dolu 3800-dən çox şar göndərib.
Azpost.info