RU

Aktyorun həyat yoldaşı gülüş obyektinə çevrildi

Aktyor İbrahim Büyükakla xoşbəxt evli olan psixoloq Nurdan Büyükak Acun Ilıcalı və Ayça Çağla Altunkayanın toyunda geyindiyi libasla heç də bəyənilməyib. 

News24.az xəbər verir ki, Büyükak üçün "Fərqli olmaq istəyərkən absurd olmusan" şərhi edilib.

2018-ci ildə ailə quran və Aslan adlı oğlu olan Büyükak cütlüyü məşhur cütlüyün toyuna gələrək pozalar verib. Cütlüyün verdiyi geyim koduna uyğun olaraq qara geyinən Nurdan Büyükak çimərlik paltarı və ətək kombinasiyasına oxşayan libas geyinib. Toydan fotosunu İnstaqram hesabında yerləşdirən Büyükaka "Deyəsən dənizdən çimərlik paltarında çıxıb" və "Bu paltarı özünüzə necə yaraşdırdınız?" kimi şərhlər yazılıb.

Məryəm İlhamqızı

Избранный
177
news24.az

1Источники