RU

Roma statutu və tətbiq olunduğu məqamlar: “Qərb bu ölkəyə yalnız xəbərdarlıq edə bilər”

“Putin Roma statunu hansı ölkələrin praktiki olaraq, reallaşdırmaq potensialında olduğunu bilir”.

Bunu Yenicag.az-a açıqlamasında Roma statunu qəbul edən Monqolustana Rusiya Prezidenti Vladimir Putinin səfərinin pərdəarxası məqamlarından danışan politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Monqolustanın Putini həbs edə bilməməsi təbii haldır.

“Çünki iki ölkə arasında çox yüksək səviyyədə iqtisadi və siyasi əlaqələr mövcuddur. Rusiya və Monqolustanın ticarət dövriyyəsi miqdarında ötən il yüksək artım qeydə alınıb. Əlavə olaraq, Roma statunun Monqolustan tərəfindən qəbul edilməyi Ulan-Batorun ona birmənalı şəkildə əməl edəcəyi mənasına gəlmir. Eyni zamanda, Putin özü də Roma statunu hansı ölkələrin praktiki olaraq reallaşdırmaq potensialında olduğunu bilir.

Qərbin bu səfərlə bağlı atacağı hansısa addım yoxdur. Sadəcə olaraq, Monqolustana xəbərdarlıq edə bilər ki, bu ölkənin də iqtisadi-siyasi baxımdan Qərb asılılığı yoxdur. Həmçinin indiki beynəlxalq münasibətlər sistemində Roma statunun praktiki olaraq, tətbiq edilməsi uyğun görülmür”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

Избранный
110
yenicag.az

1Источники