“BRIKS-in Kazan sammitində yeni üzvlərin qəbulu gözlənilmir” – Uşakov
“BRİKS-in Kazanda keçiriləcək sammitində çox güman ki, təşkilatın genişlənməsi olmayacaq”. Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Birinci Kanala müsahibəsində bildirib. Uşakovun sözlərinə görə, BRİKS-ə üzv ölkələr Kazanda keçirilən sammitdə yeni statusun qəbul edilməsinə razılaşıblar: tərəfdaş dövlət. Belə ölkələrin BRİKS çərçivəsində əsas qərarlar qəbul edərkən səsvermə hüququ olmayacaq. Lakin zaman keçdikcə onlar təşkilatın fəaliyyətində fəal iştirak etsələr, dəvət ala və BRİKS-in tamhüquqlu üzvü ola biləcəklər. Qeyd edək ki, hazırda 2006-cı ildə yaradılan hökumətlərarası təşkilata Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və BƏƏ daxildir. Sentyabrın 2-də Türkiyə rəsmi olaraq BRİKS-ə üzv olmaq üçün ərizə təqdim edib, Azərbaycan isə müvafiq ərizəni avqustda verib.