“Ukrayna Kursk əməliyyatı zamanı çox şey əldə etdi” – Stoltenberq
“Rusiyanın Kursk vilayətində keçirilən əməliyyat zamanı Ukrayna çox şeyə nail oldu”. Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Osloya səfəri zamanı danışıb. Bununla yanaşı, Stoltenberqin sözlərinə görə, vəziyyətin bundan sonra necə inkişaf edəcəyini söyləmək çətindir: “Yalnız ukraynalılar öz qüvvələrini hara yerləşdirmək və bu vəziyyətdə hansı növ müharibənin məqsədəuyğun olması kimi çətin seçimləri edə bilər”. NATO baş katibinin sözlərinə görə, Ukraynanın özünümüdafiə hüququ var, o cümlədən Rusiya ərazisindəki hərbi hədəflərə çata bilən uzaqmənzilli raketlərin köməyi ilə: “Mən çox şadam ki, bir çox NATO ölkələri bu fürsəti təmin edib və hələ də məhdudiyyətləri olanlar Ukraynanın özünü müdafiə edə bilməsi üçün onları yumşaldıblar”.