RU

Zədəsini sağaldan Messi milliyə çağırılmadı - Skaloni səbəbini açıqladı

Argentina millisinin baş məşqçisi Lionel Skaloni ulduz hücumçu Lionel Messini sentyabrdakı oyunlara çağırmayıb. 

Fanat.Az xəbər verir ki, "All About Argentina"-ya danışan təcrübəli mütəxəssis bunun səbəbini açıqlayıb.

“Mən Messi ilə danışdım, vəziyyəti ilə maraqlanırdım. O, zədədən sonra hələ tam gücü ilə məşq etməyib. Özünü yaxşı hiss etsə də, onu geri qaytarmaq hələ tezdir. Leonun meydana nə vaxt qayıdacağı hələlik məlum deyil. Messinin milli komandanın növbəti oyunlarına çağırılması onun yaxın gələcəkdə öz klubunda oynayıb-oynamayacağından asılı olacaq”.

Qeyd edək ki, Messi milli komanda ilə Amerika Kubokunda olarkən zədələnib. Buna qədər 37 yaşlı hücumçu MLS-də 12 oyun keçirib, 12 qol vurub və 9 məhsuldar ötürmə verib.

Argentina millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Çili (6 sentyabr) və Kolumbiya (11 sentyabr) ilə görüşlər keçirəcək.

Избранный
80
3
fanat.az

10Источники